Çin pandemiyanın yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər - Tramp

11:38 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin koronavirus pandemiyasının yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər.

Bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Biz araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək. <...> Əgər onlar şüurlu şəkildə buna yol veriblərsə, onda bunun nəticələri olmalıdır".

 Onun sözlərinə görə, baş verənlərə qədər Vaşinqton və Pekin arasında münasibətlər konstruktiv olub: "Biz ticarət razılaşması imzaladıq, Çin bizim fermerlərdən 250 milyard dollarlıq məhsullar alır, biz razılaşmanı imzalayanda münasibətlərimiz yaxşı idi".